Bilgəhdə çimərlikdə meyit tapıldı

10.08.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Sabunçu rayonunda çimərlikdə naməlum kişi meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün saat 01 radələrində Bilgəh qəsəbəsinin ərazisində yerləşən çimərlikdə baş verib.

Oradan 35-40 yaşlarında naməlum kişi meyiti aşkar edilərək, aidiyyəti üzrə təhvil verilib.

Ölən şəxsin kimliyi hələlik bilinmir.

Faktla bağlı araşdırmalar Sabunçu Rayon Prokurorluğu tərəfindən aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью