Bilgəhdə hərəkətdə olan avtomobil qəfil alovlandı VİDEO

22.06.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsində avtomobil yanaraq yararsız vəziyyətə düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 22-də saat 13:50 radələrində qeydə alınıb. Belə ki, “Lada Oka” markalı avtomobil hərəkətdə olan zaman qəfil alışıb.

İlkin məlumata əsasən, yanğın avtomobilin ön hissəsində başlayıb və qısa müddətdə digər hissələrə yayılıb. Xoşbəxtlikdən sürücü vaxtında avtomobildən düşərək xəsarət almaqdan xilas olub.

Hadisə yerinə su maşını cəlb edilib və yanğının söndürülməsi istiqamətində tədbirlər görülüb. Baş vermiş hadisə nəticəsində avtomobil sıradan çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью