Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı 2 nəfər öldü

14.10.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün saat 02 radələrində Sabunçu rayonu Bilgəh qəsəbəsində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Bakı şəhər sakini 1998-ci il təvəllüdlü Əsgər Zərbəliyev idarə etdiyi “Volkswagen” markalı 77 XS 274 nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobildəki sərnişinlər: paytaxt sakini 1992-ci il təvəllüdlü Kamran Əliyev, Qax rayon sakini 1980-ci il təvəllüdlü Təbriz Əliyev hadisə yerində ölüb.

Sürücü ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Bildirilir ki, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью