Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Lakin “elektron yürüş” bu sərvətin üstündən ötüb keçir Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür.
Kitab insanın düşüncə və təfəkkür sərhədlərini genişləndirən, mənəvi dünyasını zənginləşdirən qaynaqdır.
Tarix boyu kitab biliyin, mədəniyyətin və müdrikliyin daşıyıcısı olub, insanları birləşdirən vasitə sayılıb.
Hər kəsin həyatında istər bədii-publisistik, istərsə də elmi, texniki kitabların, dərsliklərin özünəməxsus yeri var.
Kitab Bağışlama Günü isə bu əvəzsiz sərvəti paylaşmaq və bilik, bilgi xəzinəsindən bol-bol bəhrələnmək üçün gözəl fürsətdir.
Təəssüf ki, bəsirət gözünü işıqlandıran, fərqli həyat təcrübələrini bir araya gətirib insanları kamilləşdirən kitaba münasibət dəyişkən xarakterlidir.
Müasir dövrün ən böyük problemlərindən biri də informasiya texnologiyalarının “yürüşü” səbəbindən bir çox yerlərdə, elə Azərbaycanda da kitabların nisbətən az oxunması və yeni nəsillərin mütaliəyə bir növ lazımi önəm verməməsidir.