“Bilirdim ki, bu sual mənə veriləcək” Elvin Cəfərquliyev | Icma.az
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev sabah Avropa Liqasının 7-ci turunda Rumıniyanın “FCSB” klubuna qarşı keçiriləcək matçdan öncə konfransda iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, o, matçla bağlı düşüncələrini bölüşüb: “Bir az həyəcanlıyam.
Çünki ilk dəfədir ki, mətbuat nümayəndələrinin önündə konfransa çıxıram. Buna görə məni üzrlü sayarsınız. Biz evdə oynayırıq.
Sabah qələbə qazanmağa çalışacağıq, azarkeşlərimizi sevindirmək istəyirik”. - Fasilədən sonra ilk Avropa Liqa oyunudur.
Özünü hazır hiss edirsən oyuna? - Əlbəttə ki, hazır hiss edirəm. Hazırlığımız çox yaxşı keçib.
Həm fiziki, həm də psixoloji cəhətdən özümü yaxşı hiss edirəm. Ümid edirəm ki, yaxşı oyun oynayaram. Komandam üçün əlimdən gələni edəcəm.
- Hakimin güzəştə getməyən biri olduğu bildirilir. Bunu nəzərə almısan? - Hiss edirdim ki, mənə bu sual gələcək. Hər bir oyuna hazırlaşıram.
Tam oxu
Xəbəri oxu