Bilirdim ki, qınayacaqlar Manaf Çimnazdan danışdı

01.03.2025

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müğənni Manaf Ağayev mərhum aktrisa Çimnaz Sultanovanın dəfn mərasiminə qatılmayan şou-biznes nümayəndələrindən danışıb.

Metbuat.az xəbər verir ki, müğənni “Rəngarəng” verilişində qonaq olarkən bu barədə açıqlama verib:

“Sabah mən də dünyamı dəyişəndə elə bilirsən hamısı orada olacaq? Biz beləyik. Çox söz deyərdim, amma efirdir. Bilirdim ki, ora getdiyim üçün qınanılacağam. Beşi yaxşı desə də, beşi pis deyəcək. Amma vicdan deyilən bir şey var. Əgər onunla çörək kəsibsənsə, vidalaşmalısan. Mən getməyə də bilərdim, hardan görəcəkdi, biləcəkdi? Amma insanın vicdanı və kişiliyi var.Onunla münasibətimiz yaxşı olub, salam-sağolumuz olub”, - deyə Manaf Ağayev bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью