Bilirəm ki, bu, xüsusi oyundur Unai Emeri

29.01.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci - sonuncu turu çərçivəsində bu gün "Seltik"i qəbul edəcək "Aston Villa"ın baş məşqçisi Unai Emeri oyun ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun sözlərini belə çatdırıb:

"Seltik" böyük, tanınmış, Çempionlar Liqasının qalibi olmuş klubdur. Onlar da bizim kimi, səkkiz ən yaxşı komanda arasına düşmək istəyirlər. Bu mövsüm Çempionlar Liqasında fantastik nəticələrə nail olmuşuq. Etdiklərimizdən zövq almalıyıq. Bilirəm ki, bu, xüsusi oyundur. İki prinsipial rəqib qarşılaşacaq. Oyunun həzzini yaşamalıyıq".

Qeyd edək ki, 13 xalı olan "Aston Villa" ÇL-in turnir cədvəlində 9-cu, "Seltik" isə 12 xalla 18-ci pillədə mövqe tutub.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью