“Bilirik ki, onlar da “Neftçi” kimi böyük klublardır”

28.11.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Zirə” Misli Premyer Liqasının XIII turunda “Neftçi”yə uduzub – 0:1.

Futbolpress.az xəbər verir ki, matçdan sonra “qartallar”ın qapıçısı Maykon Kleyton fikirlərini bölüşdü:

– Oyunu şərh edərdiniz. 

– Düşünürəm ki, yaxşı qarşılaşma idi, lakin erkən qol buraxmağımız işimizi çətinləşdirdi. İkinci hissədə baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq və topu geri qazana bildik, amma yaratdığımız imkanlardan istifadə edə bilmədik.

– Çıxışınızı necə dəyərləndirirsiniz?

– Zədədən yeni qayıtmışam. Bu, karyeramda yaşadığım ən uzunmüddətli zədə idi. Son iki matç göstərir ki, tədricən uyğunlaşıram və özümə inamımı bərpa edirəm. Komandaya mümkün qədər çox fayda verməliyəm”.

– Qarşıda “Qarabağ” və “Sabah”la oyunlar var. Bu matçlarda gözləntiləriniz nədir? 

– Bilirik ki, onlar da “Neftçi” kimi böyük klublardır. Belə komandalara qarşı oyunlardan zövq almaq lazımdır. İnanıram ki, bu qarşılaşmalarda xal qazana bilərik.

– Azərbaycan çempionatı ilə bağlı təəssüratlarınız necədir?

– Bura gəlməzdən əvvəl Premyer Liqa haqqında çox məlumatım yox idi. Ancaq təklif aldıqdan sonra burada oynamış bəzi həmvətənlərimlə danışdım. Onlar çox müsbət fikirlər bildirdilər. Hələ cəmi iki oyun keçirmişəm, ona görə də hələlik ətraflı cavab verə bilmərəm. Bunu növbəti turlarda deyə biləcəyəm. Ümumiyyətlə, uyğunlaşma prosesi yaxşı gedir, yeganə çətinlik Braziliya ilə Azərbaycan arasındakı saat fərqlidir. Klubdakı səmimi qarşılanmaya görə minnətdaram.

Şahin Cəfərov 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью