Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Ədliyyə Nazirliyinin Ceffri Epşteyn işi üzrə 3 milyondan çox yeni sənədi ictimaiyyətə açıqlamasından sonra Bill Geytsin adı sənədlərdə yenidən gündəmə gəlib.
Lent.az xəbər verir ki, Bill Geyts Avstraliyanın “9 News” kanalına verdiyi müsahibədə Epsteinlə bağlı yayılan iddialara münasibət bildirib.
O, 2011–2014-cü illərdə Epşteynlə bir neçə dəfə görüşdüyünü və birlikdə şam yeməkləri yediklərini təsdiqləyib. Geytsin sözlərinə görə, Epşteyn həmin dövrdə özünü zəngin insanlarla əlaqələri olan və qlobal səhiyyə üçün maliyyə cəlb edə bilən şəxs kimi təqdim edib.
Geyts geriyə baxanda bu əlaqəni çıxmaz yol adlandırıb və Epşteynlə vaxt keçirməsini axmaqlıq kimi qiymətləndirib. O, bu tanışlığa görə peşmanlıq duyduğunu bildirib.
Bill Geyts açıqlamasını belə yekunlaşdırıb: “Onunla keçirdiyim hər an mənə bunu xatırladır. Peşmanam və etdiklərimə görə üzr istəyirəm”.