Bill Geyts etiraf etdi: Süni intellekt proqramlaşdırmada məni ötüb

26.08.2026

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bu sistemlərin artıq məni əhəmiyyətli dərəcədə geridə qoyduğunu dərk etmək məni təəccübləndirir. ‘Belə də iş olar?!’” — Geyts deyib.
O, bu qənaətə “Anthropic” şirkətinin süni intellekt əsaslı aləti Claude Code ilə tanış olduqdan sonra gəlib. Geytsin ən yaxşı bildiyi sahə məhz proqramlaşdırma olduğundan, sistemin imkanları onu xüsusilə heyrətləndirib.
Milyarder bildirib ki, texnoloji nailiyyətlər onu üç dəfə xüsusilə heyrətləndirib: 1980-ci ildə fərdi kompüterlərin əsasını təşkil edən qrafik istifadəçi interfeysi, 2022-ci ildə “ChatGPT”nin nümayişi və 2026-cı ildə “Claude Code” ilə tanışlığı.
Geyts xəbərdarlıq edib ki, süni intellekt sistemlərinin sürətli inkişafı kütləvi ixtisarlara səbəb ola bilər və bioloji silahların hazırlanmasını asanlaşdıra bilər. O, süni intellekt sistemlərinə nəzarətin gücləndirilməsinə, onlardan istifadəyə vergi tətbiq edilməsinə və müəyyən peşələrdə insanların süni intellektlə əvəzlənməsinin qadağan olunmasına çağırıb.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью