Bill Qeyts boşanmağını həyatının səhvi adlandırıb

28.01.2025

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Microsoft”un qurucusu, amerikalı iş adamı Bill Qeyts həyatının ən böyük səhvinin Melinda Qeytslə boşanmaq olduğunu etiraf edib.

AZXEBER.COM xəbər verir ki, milyarder 27 illik evliliyinin 2021-ci ildə bitirmişdi.
Boşandığı üçün peşman olduğunu bildirən Qeyts ayrılıqlarının əsas səbəbini Melindanın da onun kimi coşqun olması ilə əsaslandırmışdı.
Cütlüyün Cennifer, Rori və Fibi adlı üç övladı var.

Qeyd edək ki, Bill Qeytsin Melinda ilə evli olduğu vaxtda "Oracle”ın keçmiş baş direktoru Mark Herdin dul qalmış həyat yoldaşı Paula Herdlə münasibətdə olması ilə bağlı xəbərlər yayılmışdı. Ancaq nə milyarder, nə də Herd bu barədə açıqlama verməmişdi.

Aysel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью