Bill Qeyts bu günə qədər 100 milyard dollardan çox yardım edib

04.02.2025

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Texnologiya nəhəngi "Microsoft"un rəhbəri Bill Qeyts bu günə qədər 100 milyard dollardan çox ianə verdiyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, o bu barədə müsahibəsi zamanı bildirib. 

Qeyts həmçinin qeyd edib ki, bundan sonra da ianə etməyi davam etdirəcək. 

Bu, təxminən Bolqarıstan iqtisadiyyatına bərabərdir. "Tesla"nın isə yalnız bir illik satış həcmidir.

"Tesla"nın sahibi İlon Mask hazırda dünyanın ən varlı adamıdır.

Bill Qeyts də uzun illər bu adı daşıyıb. Bill keçmiş həyat yoldaşı Melinda ilə "Gates Foundation"u yaradıb. 

O yardımlar etməsinə baxmayaraq gündəlik həyatında heç nəyin dəyişmədiyini deyib:

"Hərşey qaydasındadır. Həmişəki kimi hamburger sifariş edirəm və filmə baxmağa gedirəm".

"Bloomberg milyarderlər" siyahısına görə, Qeytsin sərvəti 160 milyard dollardır və bunun kiçik bir hissəsi də uşaqlarını çox varlı edə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью