Bill Qeyts gələcəyin peşəsini açıqladı

28.12.2024

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Microsoft"-un qurucusu və dünyanın ən zəngin insanlarından biri olan amerikalı milyarder Bill Qeyts süni intellektin iş dünyasında yaradacağı inqilabla bağlı diqqətçəkən proqnozlar verib.
Ölkə.Az xəbər verir ki,  Qeyts süni intellektin sürətli inkişafının bütün peşələrə əhəmiyyətli dərəcədə təsir etdiyini qeyd edib.
O bildirib ki, avtomobil, səhiyyə, kənd təsərrüfatı, təhsil kimi sektorlarda sürətlə yayılmağa davam edən və həyatımızın əhəmiyyətli bir hissəsinə çevrilən süni intellekt dünyanın bütün tərəflərini  dəyişməkdə davam edir.
“Süni intellekt sürətlə inkişaf edir. Bu bacarıqları öyrənənlər  iş imkanlarını daha yaxşı qiymətləndirə biləcək”, - Qeyts  bildirib.
Milyarder əlavə edib ki, texnologiyanın təqdim etdiyi imkanlar işçi qüvvəsini  formalaşdıracaq. "Süni intellektin bəzi qruplar üçün fürsət yaratdığı halda, bəziləri üçün də maneələr yarada biləcək. Odur ki, bu məsələyə diqqətlə yanaşmaq lazımdır. Çünki süni intellektin təkcə iş dünyasında deyil, həm də təhsildə inqilab edəcək. Bu baxımdan təhsil sistemində fərdiləşdirilmiş öyrənmə proseslərini təmin edəcək proqram təminatının təsirinə diqqət yetirmək lazımdır.
Buna görə də uşaqları erkən yaşda proqramlaşdırmağı öyrənməyə  həvəsləndirmək və bu bacarığa yiyələnməyi aşılamaq  vacibdir", - Qeyts  bildirib.
Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью