Bill Qeyts: Mənim ən böyük səhvim mobil cihazlar olub

15.01.2025

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Bill Qeyts qatıldığı tədbirdə mobil əməliyyat sistemləri ilə bağlı təəccüblü açıqlama verib.

Milli.az xəbər verir ki, Venture firması Village Global tərəfindən təşkil edilən tədbirdə çıxış edən B.Qeyts, "Microsoft"un mobil əməliyyat sistemləri bazarındakı səhvinin onun karyerasına ən çox təsir edən hadisələrdən biri olduğunu bildirib.

B.Qeyts öz çıxışında "Microsoft"un niyə "Android"i əvəz edə bilmədiyini açıqlayıb. "Microsoft"un "Android"i əvəz etmək fürsətini əldən verməsinə səbəb idarəetmə səhvləridir".

Qeyd edək ki, "Apple" 2007-ci ildə "iPhone"u "Android" əməliyyat sistemi isə 2008-ci ildə təqdim edilib. "Microsoft" mobil bazara 2010-cu ildə "Windows Phone 7" ilə daxil olub.

İlqar Şabanov
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью