Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Texnologiya şirkətinin sahibi və milyarder iş adamı Bill Qeyts Epşteyn sənədlərində ən çox müzakirə olunan adlardan birinə çevrilib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Fayllardakı bəzi e-poçtlarda Qeytsin "rus qızları" ilə münasibətlərindən sonra cinsi yolla keçən xəstəliyi o vaxtkı həyat yoldaşı Melindadan gizlətməyə çalışdığı iddia edilir.
İddialardan sonra Bill Qeytsin keçmiş həyat yoldaşı Melinda Frenç Qeyts ilk dəfə “NPR”in “Wild Card” podkastında danışıb.
"Fayllarda Bill Qeytsin Epşteyn ilə əlaqələrinin olduğu və cinsi yolla keçən infeksiyanı müalicə etmək üçün dərman almağa çalışdığı və bu dərmanı sizin xəbəriniz olmadan verəcəyi iddia edilir. Mətbuat sözçüsü bunların tamamilə yalan olduğunu söylədi. Bu iddia edilən davranışın təfərrüatlarına cavab vermək sizin məsuliyyətinizdə deyil. Amma maraqlıdır, bu xəbərləri oxuyanda nə hiss etdiniz?",- deyə aparıcı Reyçel Martin soruşub.
Melinda bu suallara Bill Qeytsin cavab verməli olduğunu bildirib:
"Bağışlayın. Çox kədərliyəm. Öz kədərimi kənara qoyub o gənc qızlara baxıb deyirəm: "Aman Allahım". Onlara nə oldu? Bu qızların başına necə belə bir şey gələ bilər?
Evliliyimi bitirməyə məcbur oldum Vəqfi tərk etməli olduğumu hiss etdim. Çox üzgünəm. Heç olmasa, həyatıma davam edə bilirəm”.
Qeyd edək ki, Bill Qeytsin sözçüsü “NPR”ə açıqlamasında iddiaları təkzib edib:
“Bu iddialar tamamilə absurd və tamamilə yalandır. Bütün bu sənədlər Epşteynin Qeytslə davamlı münasibətinin olmamasından məyusluğunu və onu tələyə salmaq və ləkələmək üçün nə qədər irəli gedəcəyini göstərir”.
Elektron poçtlarında iddia olunur ki, Bill Qeyts Epşteyndən evli qadınlarla gizli görüşlər təşkil etməsi və "rus qızları ilə cinsi əlaqə" yolu ilə yoluxan cinsi yolla keçən xəstəliyi (CYYX) müalicə etmək üçün dərman təmin etməsini istəyib. Epşteynin sənədlərində həmçinin iddia olunur ki, Bill Qeyts gizli şəkildə həmin CYYXX dərmanını Melinda Frenç Qeytsə verməyə cəhd edib.
Billurə