Bill Qeyts uşaqlarına sərvətinin 1 faizini verəcək

09.04.2025

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünyanın ən varlı adamlarından biri olan Bill Qeyts övladlarına verəcəyi mirasını açıqlayıb.

Tribunainfo. Az xəbər verir ki, o, ümumi sərvətinin 1 faizini uşaqlarına verəcək.
Bildirək ki, Qeytsin üç övladı var: 28 yaşlı qızı Cennifer Qeyts, 25 yaşlı oğlu Rori Qeyts və 22 yaşlı qızı Fibi Qeyts.
“Forbes”ə görə, “Microsoft”un sahibinin xalis sərvəti 101,2 milyard dollardır.
Qeyts bu barədə açıqlamasında deyib: “Mənim övladlarım gözəl tərbiyə və təhsil alıblar. Onlar ümumi sərvətin 1 faizindən də azını alacaqlar. Düşünürəm ki, mənim pulum onlara ciddi xidmət göstərməyəcək. Mən onlardan Microsoft-u idarə etməyi tələb etmirəm. Mən onlara öz gəlirlərinə və uğurlarına sahib olmaq, əhəmiyyətli olmaq imkanı vermək istəyirəm ki, mənim sahib olduğum inanılmaz şans və sərvətə kölgə salsınlar”.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью