Bill və Hillari Klintonlar məhkəmədə ifadə verəcək SƏBƏB

03.02.2026

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

ABŞ-ın sabiq prezidenti Bill Klinton və keçmiş dövlət katibi Hillari Klinton Konqresdə ifadə verməyə hazır olduqlarını bildiriblər.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Məlumata görə, ifadələr Ceffri Epşteyn işi ilə bağlı aparılan istintaq çərçivəsində baş tuta bilər. Daha əvvəl Nümayəndələr Palatasının Nəzarət Komitəsi Klintonların çağırış vərəqələrini yerinə yetirmədiklərinə görə onları Konqresə hörmətsizlikdə ittiham etmək məsələsini səsverməyə çıxarmağı planlaşdırırdı.

Lakin vəziyyət onların vəkillərinin komitə sədri, respublikaçı Ceyms Komerə məktub göndərməsindən sonra dəyişib. Məktubda Klintonların istintaqla əməkdaşlığa hazır olduqları və dinləmələrdə iştirak etməyə razılıq verdikləri bildirilib.

Bununla belə, Komerin aparatından verilən açıqlamada müdafiə tərəfinin mövqeyinin hələ tam aydın olmadığı qeyd edilib. Həmçinin mümkün ifadələrin konkret vaxtının hələ razılaşdırılmadığı vurğulanıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью