“Bilmədiyimiz çox şey var” Murad Arif

14.10.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Murad Arif sosial şəbəkələrdə insanların bir-birinə qarşı münasibətini tənqid edib.

“Yeni Sabah” xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

O hər kəsin fikir bildirmək, yanılmaq və səhvlərindən nəticə çıxarmaq haqqının olduğunu vurğulayıb: pizza mizza

"Nə hikmətdirsə, bu sosial şəbələlərdə təpkilər elədir ki, sanki danışan peyğəmbər olmalı və dediyi də mütləq haqq sayılmalıdır. Bu tələblə yanaşırıq hər kəsə. Bir-birinizin yaxasından düşün, ay millət. Mən ümumiyyətlə yanlışlara açıq, səhvi labüd sayan, özümü də daim öyrənən biri kimi tanıyıram. Amma siz bu qədər mükəmməksiniz hər işinizdə? Özünüz osunuz? Özünüzə tələbləriniz bu qədər yüksəkdirmi?

Məsələn, ətraf üçün, xalq üçün, lap özünüz üçün bir şeylər edə bildinizmi? Nolsun ki, ünsiyyətimiz virtualdır, aramızda FB-nin ağ lövhəsi və simvollardır. Səhifənizə girməsək də, bəzən şəklinizi görməsək də, təxmin edirəm ki, hamı elə eyni dərəcədə insandır. Biri bir atadır, övladdır, anadır, insandır... Axı normal həyatda belə danışmırıq bir-birimizlə. Virtualda niyə arsızlaşırıq? Haradandır bu “müdir” eqosu, “ağa” təpkisi, “ən ağıllı” sifətiylə dərs keçmək cəhdi, diktator təbiri? İnsanıqsa, insanlıqdan çıxmayaq.

Yəni təməl prinsiplərim normaldır. Valideynlərimə yaxşı övlad, ailəmə yaxşı ər-ata, peşəmdə zəhmətkeş, məsuliyyətli... şəxs olaraq mütaliəli, bilgili, maraqlanan, sorğulayan, hələ də öyrənən... inancımda da ədalətə, haqqa inanan. Səhvlərim varmı? N sayda”.

Murad Arif aktual mövzu ilə bağlı mövqeyinin bəlli olduğunu da vurğulayıb:

“Haradasa çox ağıllı görünmüşəmsə, üzrlü sayın. İstədiyinizi ifadə etməmişəmsə üzrlü sayın. Sizin kimi düşünmürəmsə, üzrlü sayın. Amma, adam olub, öz adamlılığınızla, (elə mənə) nümunə olun, utandırın.

Bu aktual mövzuda rəyim, fikrim bəllidir. Skrinşotlar əllərdə. Bulqakov demiş, Əlyazmalar yanmır. Amma, bir şeyi açıq-aydın anlayıram ki, bilmədiyimiz, anlamadığımız çox şeylər olur ki, onu bilənlər 10 addım qabaqcadan hesablayır, davranır və millət üçün ən xeyirlisini edir. Prioritet Azərbaycandırsa, gerisi təfərrüat. Gəlin, hadisələrin, olayların mərkəzinə Azərbaycanın maraqlarını qoyaq və güvənək”.

Aydan Hacı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью