Bilmək olmaz, bəlkə bu dünyadan daha tez köçdük Qurban Qurbanov

24.01.2026

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azər Bağırovu və komandasını təbrik edirəm. Çox yaxşı mübarizə apardılar və layiqli qalibiyyət əldə etdilər. Çox istəkli idilər, udmaq istəyirdilər. Futbolçularıma gəlincə, alınmayanda alınmır. Əziyyət çəkdilər, yoruldular".

"Unikal" xəbər verir ki, bunu “Qarabağ” - “Kəpəz” oyunundan (0:2) sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransında deyib.

Qurbanov çempionatın ikinci hissəsinə daha yaxşı başlamaq istədiklərini bildirib: "Buna baxmayaraq, qarşıda asan oyunumuz olmayacaq. Bütün matçlara maksimum hazırlıq, maksimum motivasiya ilə çıxmalıyıq. Qarşıdakı günlərdə “Liverpul”la matça hazırlaşmalıyıq. Komandalar daha təcrübəli olublar. Bir-birini daha yaxşı tanıyırlar. Daha aktiv, məsuliyyətli olmalıyıq. Mübarizə aparacağıq. Hər bir xal dəyərlidir”.

Təcrübəli mütəxəssis onu tənqid edənlərə münasibətini belə ifadə edib: "Haqqım varsa, halal olsun. Mənə çox insan yaxınlaşıb deyib ki, haqqınızı halal edin, sizin haqda düz fikirləşməmişik. 10-15 ildir bu, davam edir. Tanımadan biri haqda fikir yürüdəndə belə hallar olur. Haqqım hamıya halaldır, bilmək olmaz, bəlkə bu dünyadan daha tez köçdük".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью