Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir. Reyhan Yusifqızı Şıxlinskaya: “Reallıq nə qədər acı, hətta qəddar olsa da, onu uş
AYNA yazıçının özəl günündə müasir uşaq ədəbiyyatımızın bu günü haqda qısa həmsöhbət olub. - Əvvəlcə özünüz haqda.
Riyaziyyatçı və yazıçı: Siz daha çox kimsiniz? - Elə noyabr ayında, yağışlı bir gündə doğulmuşam.
Atam riyaziyyatçı, anam rus dili və ədəbiyyatı müəllimi idi. İlk müəllimlərim də elə valideynlərim olub.
Düşünürəm ki, daha çox riyaziyyatçıyam. Riyaziyyatın yeni sahələrini, texnologiyalarla bağlı nəzəriyyələri tədris edirəm.
Yüzlərlə, minlərlə tələbə qarşısnda mühazirələr oxumuşam. Və… ixtisasım bədii yaradıcılığıma bilavasitə təsir edir.
Elmi-kütləvi kitablar, elmi-fantastika janrında əsərlər yazmaq üçün kifayət qədər bilik bazamın olmasından istifadə edirəm.
Həm uşaqlar, həm də gənclər üçün ən müxtəlif mövzularda və janrlarda əsərlərim var.