“Bilmirəm bəxtsizlik idi, ya başqa şey...”

31.07.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Estoniya təmsilçisi “Payde” ilə heç-heçə edən “Zirə”nin futbolçusu Ayxan Hüseynov görüşdən sonra Apasport.az saytına açıqlama verib.

26 yaşlı yarımmüdafiəçi komandasının çoxsaylı qol imkanlarından yararlana bilmədiyini bildirib:

“Oyuna yaxşı başladıq. İlk dəqiqələrdə hesabı açdıq. Ondan sonra da yaxşı dövrlərimiz, qol epizodlarımız oldu. Təəssüf ki, onları dəyərləndirə bilmədik. Bilmirəm, bu, bəxtsizlik idi, yoxsa başqa səbəb. Məncə, qələbə qazanmalı idik. Amma futbolda belədir, öz epizodlarını qola çevirə bilmirsənsə, qalib gəlmək çətin olur. Çox təhlükəli vəziyyətlərimiz, imkanlarımız, birəbir epizodlarımız oldu. Rəqib qapıçı da yaxşı çıxış etdi. Yenə də həmin imkanları qola çevirməli idik”.

Hüseynov mübahisəli epizoda da münasibət bildirib:

“Həmin vəziyyətdə top rəqib oyunçunun əlinə dəymişdi. Amma VAR sistemi yox idi. Ola bilər ki, hakim epizodu görməyib. Ona görə bu barədə nəsə demək çətindir”.

Futbolçu göstərilən etimadı doğrultmağa çalışdığını deyib:

“Bu komandada olmaq mənim üçün çox xoşdur. Rəşad Sadıqov həmişə mənə hazır olmağı tapşırırdı və deyirdi ki, şans gələcək. Mən də bu gün müəllimin etimadını doğrultmağa çalışdım. Yaxşı alınan məqamlar da oldu, alınmayanlar da. Amma inkişaf etmək və daha yaxşı futbolçu olmaq üçün üzərimdə daha çox işləməliyəm”.

Eren Aydın: “Bu gün top qapıya girmək istəmədi” Rəşad Sadıqov: “Hər şey göz qabağındadır” “Sumqayıt”dan “Şamaxı” üzərində qələbə Bu klub Xankəndinə qayıdır - RƏSMİ "Sabah" – "Orhus" matçında portuqaliyalı hakim
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью