“Bilmirəm, Nəriman haqda nə deyim” Qurban Qurbanov

11.12.2025

Icma.az bildirir, Milli.az portalına istinadən.

"Bilmirəm, Nəriman haqda nə deyim. Bəlkə, hansısa fikir desəm, azarkeşə qarşı çıxmış olacağam".

Milli.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurnaov Bakıda "Ayaks"a 2:4 hesabı ilə mğlub olduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis gənc oyunçu Nəriman Axundzadənin çıxışından narazı qalan azarkeşlərə deməyə sözü olmadığını bildirib:

"Əlbəttə ki, daha yaxşı oynaya bilərdi. Dəfələrlə futbolçularımın yanında olmuşam, yenə də olacağam. Azarkeşlərin narazılığına verəcək cavabım yoxdur. Sadəcə daha yaxşı oynaya bilərdi".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью