Icma.az bildirir, Qol.az portalına istinadən.
“Real”ın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “İnter”lə (İtaliya) oyun öncəsi cəzalı futbolçular haqda danışıb.
QOL.az xəbər verir ki, Madrid təmsilçisinin Eduardo Kamavinqa, Arda Güler və Bernardo Silva bu görüşü cəza səbəbindən buraxacaq. Mourinyo mətbuat konfransında jurnalistin yarımmüdafiədə Trent Aleksander-Arnoldun oynadılması ehtimalı ilə bağlı suala belə cavab verib:
“Trentin mərkəzdə oynaması variantı? Bunu şərh etməyəcəyəm, üzr istəyirəm. Bu sualın ətrafında beş dəqiqə danışa bilərdim. Açıq deyirəm, həmin üç futbolçu oynamayacaq, çünki cəzalıdırlar. Bilmirəm, təqvimi tərtib edən italyanca danışır, ya yox, amma belə vəziyyət üçün məhz bu oyunu seçib. Sualın aydındır, bunu gözləyirdim. Amma bizim 3, 4 və ya 5 variantımız var. Burada onların hamısını müzakirə edə bilərik, amma sonda yenə də sənə heç nə deməyəcəyəm”.
“Real” – “İnter” matçı Bakı vaxtı ilə bu gün saat 23:00-da başlayacaq.