Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.
İnsanlar bir-birə niyə yad olur ?
Niyə alov olur,niyə od olur ?
Həqiqi dostluqlar bir saat olur,
Bilmirlər,fanidi sonu dünyanın ?
******
Çoxları gizlədir əsil üzünü,
Çəkib dağ başına qoyur özünü.
Gizlində deyirlər dostun sözünü,
Bilmirlər,fanidi sonu dünyanın ?
******
Üzdə insanlıqdan danışır onlar,
Düz işi əyməyə çalışır onlar.
Quyu qazmaq üçün dağ aşır onlar,
Bilmirlər,fanidi sonu dünyanın ?
******
Haqqı,əziyyəti itirən zaman,
Kiməsə ymanlıq gətirən zaman,
Pis abu-havanı ötürən zaman,
Bilmirlər,fanidi sonu dünyanın ?
******
Çox vaxtı ağlını itirir insan,
Adına ləkələr gətirir insan.
Bu haldan ibrət götürür insan,
Bilmirlər,fanidi sonu dünyanın ?
******
İmkanın varsa,yaxşılıq eylə,
Əylə yamanlığı,kənarda əylə.
Bir zaman düşəssən sən dildən-dilə,
Biləssən,fanidi sonu dünyanın.
******
Günahların üçün sən üzür dilə,
Xilas ol günahdan,sən gilə-gilə.
Qoyma yaşıyasan,ürəyin ölə.
Bilmirsən,fanidi sonu dünyanın ?
******
Bir zaman gələcək,çatacaq sonun,
Qəmə bürünəcək sənin hər yanın.
Ağrıyıb-ağrıyıb çıxacaq canın.
Görəssən,fanidi sonu dünyanın.
******
Gəl bir nəzər yetir sən sağ-soluna,
Vaxtında qayıt dön,sən öz yoluna.
Xeyirli işlər gör bolu-boluna,
Onsuzda fanidi sonu dünyanın.
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə edilməsi ixtisasının magistratura tələbəsi.