“Bilsinlər ki, 200 min də versələr, onu buraxmayacağıq”

07.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Gəncəbasar”ın hücumçusu Dileyn Açimi 13 qolla I Liqada bombardirdir. 21 yaşlı futbolçu sərgilədiyi performansla Premyer Liqa klublarının diqqətini çəkib. Xüsusilə, “Kəpəz” kamerunlu hücumçunun transferində maraqlıdır.

“Gəncəbasar”ın baş məşqçisi Elhad Nəziri “Futbolpress.az“a açıqlamasında oyunçu ilə bağlı durumu şərh etdi:

“Açiminin klubla müqaviləsi davam edir. Onunla anlaşmamız mövsümün sonuna kimidir. Bilsinlər ki, 200 min də versələr, onu buraxmayacağıq. Ən szı gələn yaya qədər bizimlə qalacaq”.

Mütəxəssis kamerunlu futbolçudan başqa, daha bir neçə oyunçusuna təkliflərin olduğunu bildirdi:

“Tək o deyil, digər futbolçularımıza da maraq var. Bu oyunçular indiyə qədər burada idilər, amma heç kim onlarla maraqlanmırdı. Bu futbolçuların üzərində biz çalışdıq, bu vəziyyətə gətirdik. Hamı bilsin ki, mövsümün sonuna kimi heç bir oyunçumuzu buraxmayacağıq. Müqavilələri başa çatanda nə olacağı isə artıq başqa məsələdir”.

“Gəncəbasar” I Liqada 16 xalla ikinci sıradadır.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью