Bilyard masasına bənzər avtomobil satışa çıxarılır FOTO

18.11.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Historic Auctioneers" hərrac evi noyabr ayının sonunda nadir bir avtomobili satışa çıxaracaq.

Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, bu, nəhəng təkərlər üzərində V8 mühərriki ilə hərəkətə gələn bilyard masasıdır.

Avtomobil 1970-ci ildə Stiv Tansi tərəfindən hazırlanıb və müəllif ona "Pool Hustler" adını verib.

Hazırda təkadamlıq avtomobil işlək mühərrik olmadan hərraca çıxarılır. Buna görə də gözlənilən satış qiyməti cəmi 25 000 funt sterlinqdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью