Bina evində qalanların nəzərinə: Yenilik olacaq

22.10.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkə.Az xəbər verir ki, sözügedən məsələ "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb.

Sənəddə qeyd olunur ki, elektrikli istilik nasosları ənənəvi təbii qazla işləyən istilik sistemlərindən təxminən üç dəfə daha səmərəlidir, çünki onlar istiliyi yanma yolu ilə istehsal etmək əvəzinə onu ötürürlər.

Buna görə də ümumi elektrik istehlakı artsa da emissiyaların xalis azalmasına nail olmaq mümkündür. Bundan əlavə, bu texnologiya iş prinsipi sayəsində istilik təminatı üçün sərf olunan suyun miqdarını azaltmaqla və bununla da təbii qazdan asılılığı əhəmiyyətli dərəcədə aşağı salmaqla binalar sektorunda izafi təsir yaradan əlavə üstünlüklərə malikdir.

2060-cı ilə qədər bərpaolunan enerji ilə işləməsi nəzərdə tutulan elektrikli sobaların bütün binalarda quraşdırılması, yemək bişirmək üçün istifadə edilən təbii qazdan qaynaqlana istixana qazı emissiyalarını azaldacaq.

Yüksəkemissiyalı yanacaqlardan istifadə edən qaz sobalarından fərqli olaraq, elektrik sobaları istilik yaratmaq üçün elektrik müqavimətindən istifadə edir və bu istilik daha sonra qablara ötürülür və bu da onları daha səmərəli edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью