Bina uçdu 41 nəfər öldü

15.04.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tailandın paytaxtı Banqkokda tikilməkdə olan Baş Auditor İdarəsinin binasının zəlzələ zamanı uçması nəticəsində ölənlərin sayı 41-ə çatıb.

Avtosfer.az xəbər verir ki, bu barədə “The Nation” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, 53 nəfər hələ də itkin sayılır. Onların hamısı obyektin tikintisi ilə məşğul idi.

“Məqsədimiz bu ayın sonuna qədər binanın dağıntılarını tam təmizləməkdir”, - Banqkok meri Çatçat Sittiphan deyib.

Daha əvvək bu obyektin tikintisində ölən işçilərin sayının 22 nəfər olduğu qeyd edilirdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью