Avtosfer saytına istinadən Icma.az xəbər verir.
İndoneziyanın Sidoarco şəhərində internat məktəbin uçması nəticəsində 1 nəfər həlak olub, 98 nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Bildirilir ki, binanın dağıntıları altında 7 nəfər var. "7 nəfər sağdır onlarla əlaqə saxlanılır", - əyalət başçısının nümayəndəsi bildirib. Dağıntılar altında qalan zərərçəkənlərin təxliyəsi üçün hadisə yerinə axtarış-xilasetmə qrupu göndərilib. Təxliyə üçün həmçinin onlarla təcili yardım maşını göndərilib.