Binada aparılan təmir işləri sakinlərin həyatını aylardır təhlükəyə atır VİDEO

14.02.2025

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paytaxtın Sabunçu rayonu, Oskar Əfəndiyev küçəsində yerləşən binada aparılan təmir-bərpa işləri sakinlərin həyatını təhlükəyə atır.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Onun sözlərinə görə, artıq neçə aydır təmiri davam edən binada təhlükəsizlik tədbirləri görülmür. Nəticədə yaxınlıqda yaşayan vətəndaşlar ehtiyatla ərazidən keçməli olurlar. Xüsusilə əlverişsiz hava şəraitində bina daha da təhlükəli hal alır. Digər tərəfdən məktəbə gedən şagirdlər hər gün binanın yanındakı dar küçədən keçməli olurlar. Şikayətçi, hətta sakinlərdən birinin yaxın zamanda yıxıldığını və xəsarət aldığını qeyd edib. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью