Binada kamera quraşdıranların diqqətinə Deputatdan vacib AÇIQLAMA

10.07.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ali Məhkəmənin hüquqi mövqeyinə görə, çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan dəhlizini və ya digər mənzillərin giriş hissələrini əhatə edən müşahidə kamerası yalnız həmin dəhlizə çıxan qonşuların razılığı olduqda quraşdırıla bilər.

Milli Məclisin deputatı Fazil Mustafa Redaktor.az-a açıqlamasında bildirdi ki, bu, doğru qərardır.

"İlk öncə şəxsi həyatın toxunulmazlığı prinsipi var. İnsan öz evinin girişinin görüntülənməsini istəmir. Eyni zamanda insan başqaları tərəfindən gəlib-gedənlərin izlənilməsini istəmir. Təbii ki, bu da insanın haqqıdır. Bu səbəbdən də fikrimcə, Ali Məkəmənin qərarı doğru qərar və məncə, optimal yanaşmadır.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью