Binada yanğın: 2 nəfər öldü

16.01.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyada binada yanğın olub.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, yanğın Şimali Reyn-Vestfaliya əyalətinin Bottrop şəhərində baş verib.

Yanğın zamanı 2 nəfərin öldüyü bildirilib. Həmçinin 8 bina sakini və bir yanğınsöndürən yaralanıb.

Yanğının səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью