Binada yanğın: ana xəsarət aldı, övladı öldü Video

11.06.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Culfa şəhərində yaşayış binasında yanğın olub.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərdəki 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə FHN-in qüvvələri cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 2004-cü il təvəllüdlü Fidan Zeynalova və övladı 2023-cü il təvəllüdlü Emil Cəfər oğlu Zeynalov xəsarət alıb. Onlar əvvəlcə Culfa Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıblar.

Həkimlərin müdaxiləsinə baxmayaraq, E.Zeynalovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью