Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Bakıda binanın fasadında yaranmış problem avtomobilin ciddi zərər görməsi ilə nəticələnib. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Nəriman Nərmimanov rayonu ərazisində baş verib.
Belə ki, binanın üzərindəki aqlay daşları qoparaq 90-OM-403 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin üzərinə düşüb. Hadisə nəticəsində maşının arxa şüşəsi və dam hissəsinə ciddi ziyan dəyib.
Zərərçəkmişin iddiasına görə, binanın komendatı hadisə ilə bağlı məsuliyyətdən boyun qaçırır.
Eltac Zülfüqaroğlu