Binalara 2 ildir qaz verilmir Cənnət Park dan ŞİKAYƏT

23.01.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Bakıda yerləşən "Cənnət Park" Yaşayış Kompleksinin 10 və 11-ci binalarının sakinləri problemlə üzləşdiklərini bildirirlər.

Milli.Az xəbər verir ki, sakinlərin iddiasına görə, 2 il əvvəl təhvil verilən binalar hələ də qazla təmin olunmayıb.

Dediklərinə görə, müqavilədə binanın qaz, işıq və su ilə tam təmin olunub təhvil verilməli olduğu qeyd edilib.

Sakinlər bildirirlər ki, dəfələrlə yaşayış kompleksinin rəhbərliyinə müraciət etsələr də, onlara konkret tarix verilməyib, əvəzində "gözləyin", "nə vaxt hazır olsa, o zaman qaz veriləcək" kimi cavablar alıblar. İddialara görə, müraciətlər zamanı bəzən təhqiramiz ifadələr səsləndirilib.

Qeyd olunur ki, həmin binalarda yaşayanların əksəriyyəti gənc ailələrdir ki, onların evində uşaqlar var. Qazın olmaması səbəbindən isə evlərin qızdırılması mümkün olmur.

Mina Mikayılova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью