Binalarda internet problemi: ALTERNATİV YOXDUR!

12.10.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaşayış binalarında tək provayderin fəaliyyət göstərməsi internet təminatı ilə bağlı müəyyən problemlər yaradır.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Fuad İbrahimov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda internet üçün təyin olunan minimum tarif 25 manatdan başlayır:

“Lakin binalarda tək və ya iki provayderin olması qiymət fərqinə təsir etmir. İstehlakçılar tez-tez bir provayderin sürətinin yaxşı, digərininkinin isə zəif olduğunu bildirirlər. Nəzərə almaq lazımdır ki, internetin ana xəttini idarə edən əsas infrastrukturlar dövlətin nəzarətindədir. Pepperoni pizza

Əslində, bu sahə çoxdan özəl idarəçiliyə həvalə olunmalı idi. “Aztelekom” və “Baktelekom” kimi dövlət operatorları əsas xidməti təmin edir, digər provayderlər isə xidməti onlardan alaraq vətəndaşlara ötürür. Bu nöqteyi-nəzərdən, bazarda “hansısa şirkət ucuz, digəri baha təklif edir” kimi sağlam və qiymətyönümlü rəqabət mühitinin formalaşması çətinləşir”.

Ekspert qeyd edib ki, binalardakı maraqlara gəldikdə isə seçim hüququ, əlbəttə ki, mülkiyyətçilərə (bina idarəçilərinə/sakinlərə) məxsusdur:

“Əgər hər hansı bir internet şirkətinin texniki imkanları çatırsa və həmin ərazidə şəbəkə qurmaqda maraqlıdırsa, mülkiyyətçilər müəyyən aylıq ödənişlər müqabilində həmin şirkətin binada xidmət göstərməsinə şərait yaradırlar.

Çünki 300-350 mənzilli böyük yaşayış binalarında xidmət təşkil etmək provayder üçün sərfəlidir və mülkiyyətçinin də bu əməkdaşlıqda öz maraqlarını qoruması təbii haldır. Rəqabət Məcəlləsi nöqteyi-nəzərindən aydındır ki, sağlam biznes mühiti yalnız azad rəqabət olan yerdə mümkündür.

Qeyd etmək lazımdır ki, tətbiq olunan 25 manatlıq minimum tarif region ölkələri ilə müqayisədə kifayət qədər yüksəkdir. Məsələn, qonşu Türkiyə və Gürcüstanda internet xidmətləri daha ucuz qiymətə təklif olunur”.

Cəlalə Cəlalqızı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью