Binalarda ucuz tikinti materialından istifadə yanğın riskini artırır Memardan XƏBƏRDARLIQ

27.01.2026

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son vaxtlar şəhər və rayonlarda yanğınların sayı diqqət çəkəcək dərəcədə artıb. Layihələr, istifadə olunan materiallar və nəzarət mexanizmləri bəzən kifayət qədər effektiv olmur, nəticədə alovun yayılma sürəti artır. Mövcud normativlər və qaydalar formal olaraq yerindədir, lakin onların tətbiqi və real vəziyyətdə işləkliyi bəzi hallarda yetərli olmur.

Yanğınların qarşısını almaq üçün tikintidə hansı sahələrin gücləndirilməsi lazım olduğu hələ də açıq sual olaraq qalır.  İstər yeni, istərsə də köhnə binaların yanğın təhlükəsizliyi ilə bağlı ciddi suallar ortaya çıxarır. Maraqlıdır ki, bugünkü yanğınların əsas səbəbi insan səhlənkarlığıdır, yoxsa təhlükəsizlik hesabına ucuz və keyfiyyətsiz materiallarla  binaların tikilməsidir?

Məsələ ilə bağlı memar Cahid Həsənov Avtosfer.az-a açıqlamasında deyib ki, burada həm insan səhlənkarlığı, həm də ucuz olsun deyə keyfiyyətsiz materiallardan istifadə etmə məqamları var:
"Hər nə olursa olsun, bunlar yolverilməzdir. Ümumiyyətlə, tikintidə ucuz olsun məsələsi qəbul edilməməlidir. Keyfiyyətsiz hansısa parçadan estetik baxımdan yaxşı görünüş üçün paltar yaxud ayaqqabı tikmək olar. Lakin bu yanaşma tikinti sahəsinə heç cür uyğun gəlmir. Belə hallarda əsas məqsəd qabaqlayıcı tədbirlər görmək və mümkün fəsadların qarşısını almaqdır. Bu səbəbdən mövcud qaydalara riayət olunması, tətbiq olunan standartlar səviyyəsində iş aparılması vacibdir. Standart göstəricilərdən kənara çıxaraq, yalnız ucuz olsun deyə materiallardan istifadə yolverilməzdir. Hətta nəzarət edən qurumların belə gözdənqaçma düşüncəsi olmamalıdır".
Nurcan Babək

Oxunub 54

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью