“Binamızın altını hotel ediblər, səs küydən otura bilmirik...” Video

11.08.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində çoxmərtəbəli yaşayış  binasının ikinci mərtəbəsinin hostel, üçüncü mərtəbəsinin isə hotel kimi “Kristal AA” MTK tərəfindən icarəyə verilməsi sakinlərin narazılığına səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, bu şikayətlə Xəzər TV-yə bir qrup sakin müraciət edib. 

Onların iddiasına görə, “Kristal AA” MTK-ya məxsus binada antisanitar vəziyyət yaranıb, səs- küydən gecələr mənzillərində rahat yaşaya bilmirlər. MTK isə onların bu vəziyyətinə biganə yanaşır. MTK rəhbərliyinə dəfələrlə müraciət etsələr də, onların narazılığına məhəl qoyulmayıb.

Sakinlərin iddialarına aydınlıq gətirmək məqsədilə “Kristal AA” MTK rəhbərliyi ilə əlaqə saxlanılsa da, sualı  dinləyib dəstəyi asıblar. Daha sonra eyni adlı hotelə müraciət olunsa da, onlar da kameranın obyektivindən yayınıblar.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə bildirib ki, qeyd olunan ərazidə hotel əməkdaşları tərəfindən antisanitar vəziyyət yaradılması ilə bağlı vətəndaşların polisə müraciəti əsasında araşdırma aparılıb və inzibati qaydada protokol tərtib olunub. Eyni halın təkrarlanacağı təqdirdə daha ciddi məsuliyyət tədbirləri görüləcək.

Daha ətraflı süjetdə:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью