“Binance” bu altkoini ləğv edəcək Qiymətlər ucuzlaşdı

16.01.2025

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

"Binance" REEF adlı altkoini fyuçersdən çıxaracağını açıqlayıb.

“Binance Futures” REEF/USDT daimi müqaviləsi üzrə bütün mövqeləri bağlayacaq və 22.01.2025-ci il saat 09:00-da avtomatik hesablaşma aparacaq: “Hesablaşma başa çatdıqdan sonra REEF/USDT müqaviləsi siyahıdan çıxarılacaq.

22.01.2025-ci il saat 08:30 tarixindən etibarən istifadəçilərə REEF/USDT müqaviləsi üçün yeni mövqelər açmağa icazə verilməyəcək”.

Qeyd edək ki, “Binance”in bu açıqlamasından sonra REEF qiyməti 15% ucuzlaşıb. \\Valyuta.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью