“Binance” istifadəçiləri platformadan 3,6 milyard dollar çıxarıb

02.11.2026

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan “Binance”dən haker hücumu ilə bağlı xəbərlərdən sonra milyardlarla dollar həcmində vəsait çıxarılıb.

Banco.az xəbər verir ki, şirkətin “X” sosial şəbəkəsində yaydığı açıqlamaya əsasən, platforma 4,649 milyard dollarlıq vəsait çıxarışını və 1,01 milyard dollarlıq depoziti emal edib. Nəticədə xalis vəsait axını təxminən 3,64 milyard dollar təşkil edib.

Şirkət ilkin çıxarış artımından sonra istifadəçilərin vəsait çıxarma həcminin azaldığını və vəziyyətin gözlənildiyi kimi sabitləşdiyini bildirib.

Qeyd edək ki, oktyabrın 29-da “Binance”ə haker hücumu edildiyi barədə məlumatlar yayılıb. Hadisə nəticəsində mümkün zərərin 6,3 milyard dollara çata biləcəyi iddia olunur. Bu xəbərlər platforma istifadəçiləri arasında narahatlıq yaradaraq kütləvi vəsait çıxarışına səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью