Icma.az, Milli.az saytına istinadən bildirir.
Özbəkistanda qeyri-adi toy mərasimi sosial şəbəkələrdə diqqət çəkib.
Milli.Az xəbər verir ki, bir ailə toy şənliyini restoran və ya şadlıq sarayında deyil, yaşadıqları binanın girişində təşkil edib. Gəlin və bəy, həmçinin qonaqlar üçün blokda süfrə açılıb, qonaqlar da həmin ərazidə bir araya gələrək mərasimə qatılıblar.
Yayılan görüntülər sosial şəbəkə istifadəçiləri arasında fikir ayrılığı yaradıb. Bəziləri ailənin bu seçimini maraqlı və səmimi hesab etsə də, digərləri belə bir mərasimin binanın ümumi sahəsində keçirilməsini müzakirə mövzusuna çevirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)