Binanın dam örtüyü uçdu, 3 maşına ziyan dəydi (FOTOLAR)

14.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Mingəçevirdə güclü külək nəticəsində bir neçə avtomobilə ziyan dəyib.

"Unikal"ın məlumatına görə, şəhərin Nizami küçəsində 5 mərtəbəli binanın dam örtüyü uçaraq biri "KİA", ikisi isə "Mercedes" olmaqla avtomobilin üzərinə düşüb.

Nəqliyyat vasitələrinə ziyan dəyib. Şəhərdə 70-ə qədər ağacın aşdığı bildirilir.

Ehtiram Muradov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью