Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Paytaxtın Yasamal rayonunda binalardan birinin dəhlizindən meyit tapılıb.
“Qafqazinfo” xəbər verir ki, iyulun 28-i saat 08 radələrində Z.Xəlilov küçəsi 74 ünvanındakı binanın dəhlizində həmin binanın sakini 1995-ci il təvəllüdlü Əlisa Hüseynovun meyiti tapılıb.
Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.