Binanın zirzəmisinə su dolub daşır: Sakinlər nə edəcəyini bilmir

13.03.2025

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Abşeron rayonunun Şəfəq qəsəbəsində yaşayan sakinlər ciddi problemlə üzləşiblər.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, qəsəbədə yerləşən yaşayış binalarından birinin zirzəmisinə su dolub.

Mövcud vəziyyət həm təhlükəsizlik, həm də sanitar baxımdan ciddi narahatlıq doğurur.

Zirzəmidə suyun səviyyəsi kifayət qədər yüksəkdir və sakinlərin normal həyatına ciddi maneə yaradır.

Sakinlər aidiyyəti qurumlara müraciət etsələr də, problemin həlli istiqamətində yalnız nasos alınıb. Amma binanın zirzəmisindəki su günü-gündən artır. 

Görüntüləri olduğu kimi təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью