Binə Atçılıq yaşayış massivində işıq kəsiləcək

02.12.2024

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 3-5-də saat 9:00-dan saat 15:00-a qədər Bakının Xəzər rayonundakı Binə Atçılıq yaşayış massivinə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Azərişıq ASC-dən Xalqcebhesi.az-a verilən məlumata görə, məhdudiyyət Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Binə qəsəbəsində elektrik naqillərinin yenilənməsi işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılması ilə bağlıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью