Binə Ticarət Mərkəzi köçürülür? Rəsmi açıqlandı

28.11.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər "Sədərək" və "Binə" ticarət mərkəzlərinin "Abşeron" Ticarət Mərkəzinə köçürüləcəyi ilə bağlı iddia yayılıb. Bildirilir ki, hər iki ticarət mərkəzi sökülərək yerində universitet tikiləcək.

Redaktor.az xəbər verir ki, Məsələ ilə bağlı "Sədərək" ticarət Mərkəzindən oxu.az-a bildirilib ki, sözügedən iddialar həqiqəti əks etdirmir.

"Binə" TM-in hüquqşünası Fuad Cəfərov da oxu.az-a açıqlamasında iddianı təkzib edib.

Qeyd edib ki, sözügedən məsələ həqiqətə uyğun deyil:

"Məsələnin haradan qaynaqlandığını bilmirik. Bu, tamamilə absurd məsələdir. "Binə" Ticarət Mərkəzi köçürülmür".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью