Binə ticarət mərkəzində DƏHŞƏT: oteldə ülgüclə doğranmış meyit tapıldı

20.02.2026

Lent az saytına istinadən Icma.az xəbər verir.

Bakıda oteldən meyit tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində yerləşən “Binə” ticarət mərkəzindəki “Atabala” otelində qeydə alınıb.

Otelin otaqlarının birində Lənkəran rayon sakini, 59 yaşlı Vaqif Hüseyn oğlu Hüseynovun meyiti tapılıb.

Meyitin üzərində ülgüclə yetirilmiş xəsarətlər olub.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin motivi və əlavə təfərrüatlar istintaq zamanı bəlli olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью