Binədə 49 yaşlı qadın qidadan zəhərlənib öldü

05.11.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Bakıda 49 yaşlı qadın qidadan zəhərlənərək ölüb.

Avtosfer.az xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Qərənfil Nəcəf qızı Cabbarova yaşadığı evdə qidadan zəhərlənib.

O, xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью