Binədə 8 qollu darmadağın

25.09.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən Azərbaycan I Liqa təmsilçiləri “Şahdağ Qusar” və “Mingəçevir” yoldaşlıq matçında üz-üzə gəliblər.

Futbolpress.az xəbər verir ki, Binə qəsəbə stadionunda baş tutan sınaq qarşılaşması Qusar təmsilçisinin böyük üstünlüyü ilə keçib. Oyun boyunca rəqibini təzyiq altında saxlayan “Şahdağ Qusar” meydandan 8:0 hesablı darmadağınla ayrılıb.

Qusar təmsilçisinin heyətində Dauda het-trik edərək matçın qəhrəmanı olub. Komandanın digər futbolçularından İdir dubla imza atıb, Aqil, Dalton və Famil isə hərəyə bir dəfə rəqib qapısını dəqiq nişan alıblar.

Yoldaşlıq oyunu

“Şahdağ Qusar” – “Mingəçevir” 8:0

Qollar: Dauda (3), İdir (2), Aqil, Dalton, Famil.

Binə qəsəbə stadionu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью