Binədə avtoqəza: ÖLƏN var

05.06.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az report-a istinadən xəbər verir ki, Binə qəsəbəsi Atçılıq yaşayış massivində “Ford Tranzit” markalı yük avtomaşının sürücüsü - 1991-ci il təvəllüdlü Cavadov Famil Faxrət oğlu piyada - 1952-ci il təvəllüdlü Fətəliyev Arif Qədimulla oğlunu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью